Şirvan şəhərində “Bizim həyət” layihəsi çərçivəsində növbəti məhəllə abadlaşır - FOTOLAR
18-02-2022 [11:34]
Ölkə başçısı İlham Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində ölkəmizi əhatə edən abadlıq işlərinin davamı olaraq Şirvan şəhərində də magistral və məhəllədaxili yolların asfaltlanması, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, nümunəvi məhəllələrin, park və yaşıllıqların salınması 2022-ci ildə də uğurla davam etdirilir.
Mia.az xəbər verir ki, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Bakıdan kənar, regionlarda abadlaşdırılan ilk həyət Şirvan şəhərinin payına düşür. Şəhərin Energetik küçəsi 9 saylı və L-nt. İbrahimov küçəsi 10 saylı binaların qarşısında müasir memarlıq üslubunda salınan “Abad məhəllə” 2020-ci ilin noyabr ayında sakinlərin istifadəsinə verilib.
Hazırda “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində ikinci dəfə Şirvan şəhərində ümumi sahəsi 1,5 ha olan Mahmud İbrahimov küçəsi 4 nömrəli və 20 Yanvar küçəsi 4A nömrəli yaşayış binalarının qarşısındakı məhəllədə abadlıq işlərinə başlanılıb. Həmin əraziyə 1328 kv.metr tamet tavalar döşənib, 1594 metr beton bordyurlar düzülüb. 4 ədəd söhbətgah və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb, sahəsi 400 kv.metr olan mini futbol meydançası salınıb və 16 ədəd 2 lampalı metal işıq dirəkləri quraşdırılıb. Məhəllədəki çoxmənzilli binaların fasadları, giriş bloklarına metal qapılar qoyulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə ərazidə 170 sərv ağacı əkilib. Səki və avtomobil dayanacaqlarına 1284 kv.metr asfalt-beton örtük vurulub.
Məhəllədə işlər demək olar ki, yekunlaşmaq üzrədir və yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəkdir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbaov aidiyyəti orqanların rəhbərləri ilə birlikdə mütəmadi olaraq abadlıq işləri aparılan ərazilərə baxış keçirir, görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verir.
Məhəllə sakinləri vətəndaşların rahatlığı üçün şəhərdə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirir, görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident,çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq dolu ürək sözlərini ifadə edirlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızda aparılan abadlıq-bərpa işlərinin hər bir vətəndaşda sevinc və qürur hissi yaratdığını, ölkəmizin işıqlı gələcəyinə və daha da yüksəlişinə ilhamlandırdığını bildirirlər.
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq