“Azərpoçt”un adından saxta məktublar göndərilir

img

17-02-2022 [16:30]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları “Azərpoçt” MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.

Mia.az Xidmətə istinadla bildrir ki, kiberdələduzların göndərdiyi saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10,2 manat gömrük rüsumu ödənilmədiyi bildirilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir.

Daha sonra vətəndaş “Azərpoçt”un adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.

ETX bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə ETX-yə məlumat vermələri xahiş olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA