Milli komandanın sabiq futbolçusu qətlə yetirilib

img

16-02-2022 [18:40]


Zimbabve milli komandasının sabiq futbolçusu Çarlz Yohan qətlə yetirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, 48 yaşlı veteran yarımmüdafiçi Soeto şəhərində avtomobil oğrularının silahlı hücumuna məruz qalıb.

Bu yaxınlarda taksi şirkətlərinin birində işə başlamış Yohanın meyiti fevralın 15-də tapılıb.

Qeyd edək ki, Çarlz Yohanın futbolçu karyerası Afrika klubları ilə bağlı olub. O, 1996 - 2007-ci illərdə çıxış etdiyi yığmada 23 oyun keçirib və 1 qol vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA