Bu il 13 minə yaxın vakansiya elan olunacaq - Müəllimlərlə bağlı

img

16-02-2022 [11:57]


"Ötən il 8000-ə yaxın vakansiya elan edilmişdi. Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümimilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu. Eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Şöbə müdirinin sözlərinə görə, bu ənənənin bu il üçün də davam etdirilməsi nəzərdə tutulur:

“Demək olar ki, eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda aşlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA