Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

img

15-02-2022 [23:06]


Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Milli Paralimpiya Komitəsindən Mia.az-a verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA