Prokuror köməkçilərinə seminar keçirilib - FOTO

img

15-02-2022 [15:23]


Prokuror köməkçilərinə seminar keçirilib.

Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, ötən həftə qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının köməkçiləri cəlb edilməklə respublikanın 2 rayonunda 4 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında ilkin istintaq hərəkətləri aparılıb, izahatlar alınıb.

Aparılan yoxlamaların nəticələri, həmçinin ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanan təcrübə ilə bağlı fevralın 11-də Lənkəran Rayon Prokurorluğunda seminar təşkil edilib.

Seminarda Astara, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları iştirak ediblər.

Qeyd olunan tədbir respublikanın şimal və şimal-qərb rayonlarında keçirilən seminarlardan sonra sayca üçüncü tədbirdir. Anoloji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA