Bakıda küçədə qıza şillə vurub qaçan şəxs həbs olunub

img

14-02-2022 [14:29]


Yasamal Rayon Məhkəməsi qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən Əhməd Hüseynov barəsində qərar çıxarıb.

Məlumata görə, məhkəmənin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib/Report.

Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bur neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.

Belə ki, o, bir neçə qadına küçədə sillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA