Azərbaycan Kuboku: "Zirə" "Səbail"i devirib, yarımfinala vəsiqə qazandı

img

13-02-2022 [20:10]


Azərbaycan Kubokunda 1/4 final mərhələsində bu gün "Zirə" klubu "Səbail"in qonağı olub.

Mia.az xəbər verir ki, oyun "ASCO Arena"dakı qarşılaşma "qartallar"ın inamlı qələbəsi ilə başa çatıb - 3:1.

Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış "Zirə" iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb.

Rəşad Sadıqovun baş məşqçi olduğu komanda növbəti turda "Neftçi" ilə qarşılaşacaq.

Digər yarımfinal cütündə isə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA