Polis rəisi BŞBPİ rəisinin köməkçisi təyin olunub - Müavin isə rəis təyin edildi

img

13-02-2022 [19:00]


Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisinə yeni köməkçi təyin edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunaraq BŞBPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

Nazirin digər əmri ilə 29-cu PŞ-nin rəisi vəzifəsinə isə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəis müavini Ramin Məmmədov təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA