Azərbaycanda "Elektron möhür" tətbiq olunacaq

img

11-02-2022 [11:09]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda "Elektron möhür"ün tətbiqini planlaşdırır.

Bu barədə nazirliyə məxsus “AzInTelecom" MMC-nin kommersiya direktoru Ruslan Əliyev məlumat verib.

O, bu barədə yeni nəsil rəqəmsal imzanın (SIMA) təqdimat mərasimində danışıb. Şirkət rəsmisi həmçinin bildirir ki, SİMA vasitəsilə vətəndaşlar istədikləri vaxt banka müraciət edə biləcəklər: "Bilirsiniz ki, bu gün insanlar banka fiziki olaraq yalnız iş vaxtlarında müraciət edə bilirlər. Amma SİMA ilə günün istənilən saatında banklara sorğu verə bilərlər və 24 saat ərzində müvafiq cavab ala bilərlər. Gələcəkdə isə yeni nəsil rəqəmsal imza vasitəsilə bank kartı olmadan ödəniş etmək imkanı da tətbiq ediləcək"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA