Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

img

10-02-2022 [17:48]


"Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra onların dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək".

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, ilk olaraq "ASAN xidmət" mərkəzi Şuşada açılacaq:

“Artıq Şuşadakı layihə təsdiq olunub. Orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Digər rayonlarımıza gəldikdə hamımız orada erməni vandalizminin şahidi olmuşuq, şəhərlərimizin soyqırımı həyata keçirilib. Həmin ərazilərdə ən birinci minalardan təmizlənmə, infraktrukturun qurulması həyata keçirilir. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra o ərazilərdədə “ASAN xidmət” mərkəzləri də qurulacaq" - o qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA