Deputat: "Təhsil müəssisələrində qış tətiinin müddəti 7-10 gün uzadılsın"

img

10-02-2022 [12:09]


Ali məktəblərdə qış tətilinin müddəti uzadılmaLIDIRsı təklif edilib.

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

O bildirib ki, koronavirusun "Omikron" ştamının epidemiyası ölkəmizdə bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır.

Deputatın sözlərinə görə, ali məktəblərdə qış tətili fevralın 15-də bitir:

"Yeni təhsil sessiyasının başlanması omikron ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyil. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir. Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq. Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təklif edirəm ki, təhsil müəssisələrində qış tətiinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sesiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10-15 gündə omikronun yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA