Nazir: "Səhiyyənin yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub"

img

10-02-2022 [11:20]


"Azərbaycan səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub".

Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi təkcə səhiyyə sektorunda deyil, digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir: "Bu sektorda fəaliyyətin daha da təkmilləşdirilməsi üçün lazımi addımların atılmasını labüd bilirik. Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub".

Nazir bildirib ki, qısamüddətli hədəflər səhiyyə idarəetməsinin, effektiv səhiyyə sisteminin formalaşdırılması, eləcə də dövlət qurumlarla əməkdaşlığın aparılmasıdır.

T.Musayev ortamüddətli üsullara yerli dərman vasitələrinin və tibbi avadanlıqlarla təminatın aid olduğunu vurğulayıb/Report.

Nazirin sözlərinə görə, pandemiyanın ilk günlərindən başlayaraq vətəndaşların sağlamlığının qorunması əsas hədəflərdən biri olub: “Yeni tibb müəssisələri açıldı, tələb olunan müasir dərman vasitələri ölkəyə gətirildi, vaksin platformalarına əlçatanlıq tam təmin edildi”.

Nazir əlvaə edib ki, səhiyyə qurumlarının tranformasiya ofisi yaradılacaq: "Həmin qurumların səlahiyyətli nümayəndələri bu ofisdə təmsil olunacaq. Bu fəaliyyət bütün səhiyyə qurumları arasındakı münasibətləri optimallaşdiraraq vətəndaşların səhiyyə sistemindən məmnunluğunu təmin edəcək".

Nazir bildirib ki, Səhiyyə Nazirliyinin nəzdində Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq.

Onun sözlərinə görə, hər bir vətəndaş həmin Mərkəzə müraciət edərək tiblə bağlı istənilən sorğunu ünvanlaya biləcək: “Bununla da vətəndaşların problemlərinin həllinə və sorğusunun operativ şəkildə cavablandırılmasına nail olacağıq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müaricətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Eyni zamanda kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq operativ və effektiv baxılması təmin ediləcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA