NƏ YAXŞI Kİ, MÜƏLLİM OLMUŞAM...

img

09-02-2022 [15:17]


...2008-ci il idi. Orta məktəbin son sinfində oxuyurdum.

Peşə, sənət seçimi qəlbimə hakim idi: Necə edim? Hansı peşəni seçim?

Uğurlu bir peşə sahibi kimi atam, riyaziyyat müəllimi, məktəb direktoru işləmiş Nurəddin Nuriyevin həyat yolu, insanların ona hörmət və izzəti gözlərim önünə gəldi...

Elə o andaca qəlbim duyğulandı: niyə müəllim olmayım, niyə ata peşəsini layiqincə davam etdirməyim?!

...Düşüncələrim reallaşanda sevincimin həddi-hüdudu yox idi. Şuşa Humanitar Kollecin sinif müəllimliyi fakültəsini də elə bu sevinc və ruhla bitirdim.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin MİQ imtahanından uğurla keçib, ixtisasım üzrə müəllim işləmək hüququ qazandım. Hazırda isə İmişli rayonunun Otuziki kənd tam orta məktəbində ixtisasım üzrə sinif müəllimi işləyirəm. Qısa zaman kəsiyində peşə seçimim mənə sonsuz sevinc və uğur gətirdi.

İndi o illərə dönəndə düşünürəm ki, NƏ YAXŞI Kİ, MÜƏLLİM OLMUŞAM!

Həyatım ata peşəsindən, onun sirli-sehirli dünyasının romantikasından rövnəq alır. Bu rövnəq, bu sevinc hamıdan çox təqaüddə olan canım atamı sevindirir...

Aygül Babayeva,

Gənc Müəllimlər Assosiasiyasının İmişli rayonu üzrə kordinatoru

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA