İmişli Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb

img

09-02-2022 [11:04]


“İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılılıb.

Mia.az rayon Prokurorluğuna istinadla bildirir ki, aparılan araşdırma zamanı xəstəxananın 01.01.2018-ci il tarixdən 25.05.2021-ci il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərə vurulmasına əsaslı şübhələr müəyyən edilib:

"Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq tədbirləri edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA