Deputatdan BNA-nın meriyanın tabeliyinə verilməsinə reaksiya: "Prezidentə qurban olum, onun boyuna da"

img

08-02-2022 [11:47]


Prezident İlham Əliyevin sərəncamı ilə dünən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Mia.az xəbər verir ki, BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb:

“Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna da. Xeyir xəbər olasan”.

Rüfət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi tam doğru addımdır: “Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA