Kreml: “Makron Putinə deyib ki..."

img

07-02-2022 [16:56]


“Biz bir görüşün həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”.

“İzvestiya.ru” xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasındakı baş tutacaq görüş barədə danışarkən deyib.

“Makron Avropa İttifaqına sədrlik edən ölkənin prezidentidir. Bu, çox əhəmiyyətlidir. Amma vəziyyət çox mürəkkəbdir. Bununla belə, Makron Putinə deyib ki, gərginliyin azalması istiqamətində müəyyən təklifləri var. O, bu fikirləri Putinlə bölüşməyə hazırdır”, - D.Peskov bildirib/Report.

Qeyd edək ki, liderlər arasındakı görüşün bu gün keçiriləcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA