BNA-nın sədri və gələcək səlahiyyəti necə olacaq? - Açıqlama

img

07-02-2022 [15:48]


Prezident İlham Əliyev bu gün “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanla Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Mia.az-ın məlumatına görə, nəqliyyat sahəsi üzrə hüquqşünas ekspert Ərşad Hüseynov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, fərmanların davamının olacağı gözlənilir:

“Dəyşikliklərin davamı da olacaq. Yəni hələlik BNA-nın sadəcə tabeçiliyi dəyişdirilib. Agentliyin səlahiyyətlərinə yenidən baxılmalıdır”.

Dəyişikliklə, BNA rəhbərliyinin hazırkı vəzifələrini itirmiş olması ilə bağlı sualı cavablandıran hüquqşünas bildirdi ki, qurumla bağlı kadr məsələlərinə də baxılacaq: “BNA-nın nizamnaməsində ciddi dəyişikliklər olacaq. Azərbaycan təcrübəsi göstərir ki, dəyişikliklərdə kadr məsələlərinə də baxılacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA