Hansı tələbələrə təhsil krediti verilməyib?

img

07-02-2022 [12:14]


"Göstəricisi 71 baldan aşağı olan tələbələr təhsil krediti ala bilmələri üçün səy göstərirlər. Yəni araşdırmalarımızla müəyyən etmişik ki, həmin tələbələrin bir qismi I semestr üzrə göstəricilərini 71 bala çatdırıblar".

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

Onun sözlərinə görə, hazırda bəzi ali təhsil müəssisələrində imtahan sessiyaları davam edir: "Bu səbəbdən yekun rəqəmlər demək üçün hələ tezdir. Lakin 71 baldan aşağı göstəricisi olan tələbələrin kredit almaq hüquqlarının olması üçün növbəti semestrə qədər göstəricilərini artırmaları üçün imkanları var".

Sədr qeyd edib ki, fevralın 15-nə qədər I semestr üçün, fevralın 16-dan etibarən isə yaz semestri üçün kredit almaq üçün müraciətlərin qəbulunun başlanması nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA