Sabiq nazir müavini: "Vəzifəmdən azad olunacağımı gözləmirdim" - "Səhiyyəni parçalamaq olmaz”

img

05-02-2022 [14:56]


“Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim”.

Mia.az qaynarinfo-ya istinadən xəbər verir kibu sözləri Səhiyyə nazirinin müavini vəzifəsindən bu gün azad olunan Viktor Kərimoviç Qasımov deyib.

Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, başqa işə təyin edilməyib: “Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəyəm. Baxacam vəziyyətə. Görüm nə olacaq. Vəzifəmdən azad olunacağımı gözləmirdim.

Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hər hansısa bir vəzifə verilməyib”.

Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır: “Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA