İbtidai siniflər üçün yeni dərs vəsaiti hazırlanıb

img

04-02-2022 [15:08]


İbtidai siniflər üçün yeni dərs vəsaiti hazırlanıb.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirir ki, “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanıb.

Vəsaitlərə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazır­lan­ıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.

İngilis dili fənnindən “3-cü və 4-cü siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərində həmçinin dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA