"Bildiyimə görə, burada BNA-nın rəhbəri də oturub, pullar hara gedir?" - Deputat  Milli Məclisdə Vüsal Kərimlini ittiham etdi

img

01-02-2022 [13:05]


“Bakı Nəqliyyat Agentliyinin konsepsiyası yoxdur. Bu qurumun konsepsiyası olamlıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir”.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.

“Bildiyimə görə, burada BNA-nın rəhbəri də oturub. Konsepsiya hazırlanmalıdır. O çəkir, bu çəkir elə. Bəs o pullar hara gedir? BNA rəhbərliyi qısa müddətdə konsepsiya hazırlasın. Deputatın burada heç bir marağı yoxdur. Deputatın burada təkcə marağı odur ki, insanlar bu məsələlərlə bağlı müraciətlər edirlər. Normal formada biz bunu həll edə bilərik”, - o vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA