Xaricdə doktoranturaya sənəd qəbuluna başlayıb

img

01-02-2022 [12:01]


Xaricdə doktoranturaya dair 2022-ci il üzrə ilk sənəd qəbuluna başlayıb.

Mia.az Təhsil Nazirliyinə istinadla bildirir ki, nazirliyin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan vətəndaşlarını 2022-ci il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edib.

Proqrama müraciət 2022-ci il fevralın 1-dən aprelin 1-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA