Qaarabağ zonasına qanunsuz keçmək istəyən şəxs saxlanılıb

img

01-02-2022 [10:50]


İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində bir nəfər Beyləqan rayon sakini idarə etdiyi “QAZel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmağa cəhd edib.

Onun bu əməlinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxsin məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materiallar aiddiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA