Bakıda 4 yaşlı qızın meyiti tapılıb

img

31-01-2022 [15:23]


Bakıda 4 yaşlı qızın meyiti tapılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA