“Azercell”in prezidenti nazirliyin fəxri nişanı ilə təltif edilib
29-01-2022 [14:02]
Ölkənin lider mobil operatoru “Azercell Telekom” xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində müxtəlif uğurlu layihələr keçirib.
Mia.az xəbər verir ki, ötən il Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkədə “Nizami İli”nin elan olunması ilə əlaqədar şirkətin həyata keçirdiyi innovativ layihə də diqqətsiz qalmayıb.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Azercell”in prezidenti Zərinə Zeynalova ilə görüş keçirərək 2021-ci il ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına xüsusi yanaşmasına görə şirkətin prezidentinə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2021-ci il ərzində “Azercell”in dəstəyi ilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib olunub. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audiomateriallar “Azercell”in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib. Rəqəmsal xidmətləri hər kəs üçün əlçatan etməyi hədəfləyən “Azercell” bu layihəsi ilə həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən mədəni irsimizin daha rahat şəkildə mənimsənilməsinə şərait yaradıb.
Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami İli” elan edilməsi dövlətimizin, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Daha sonra Elnur Əliyev “Azercell" şirkətinin prezidenti Zərinə Zeynalovaya “Nizami Gəncəvi-880” xatirə nişanını təqdim etdi.
Sabiq deputat Mahir Aslanov əməliyyat zamanı vəfat edib - Türkiyədə
Rusiyada polisə qarşı terror: ölən və yaralananlar var
Pedofildən rüşvət alan keçmiş səfir saxlanıldı
"FedEx" ABŞ Administrasiyasını məhkəməyə verdi
İstanbulda İŞİD-ə qarşı əməliyyat - Saxlanılanlar var
ABŞ sorğu-sualsız daha br qayığı vurdu - 3 narkomafiya lideri öldü
"QƏRARI VERƏN MƏNƏM, ƏGƏR İRAN..." - Tramp Qərargah rəisi ilə bağlı xəbərə reaksiya verdi, Tehranı növbəti dəfə hədələdi
Jurnalist Şəmşad Ağaya daha bir ağır itki üz verib
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir