Miqrasiya Xidməti əcnəbilərə müraciət edib

img

28-01-2022 [11:34]


Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib.

Mia.az xəbər verir ki, DMX vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görüldüyünü bildirib: "Ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər. Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA