Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28-01-2022 [00:10]
Qoç - Səbirli olun. Arzuladığınızı dərhal əldə etmək asan deyil. Önəmli qələbələrə və ciddi irəliləyişə nail olmaq üçün səy göstərin, tərəfdaş və ya müttəfiqin yardımlarından faydalanın. Bədxahların planlarını pozmaq, rəqibləri üstələmək üçün qüvvəniz yetərli deyil. Yardım təkliflərini qulaqardına vurmayın.
Yeni tanışlıqlardan biri yaşamınızda önəmli iz qoyacaq. Fəqət bilin ki, yeni münasibət çətinliklə inkişaf edəcək, çətinliklərdən xali olmayacaq.
İnadkar olun. Əzm göstərsəniz, problemi həll edə bilərsiniz.
Buğa - Müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeni əməkdaşlığa başlamaq, müttəfiqlər və nüfuzlu hamiləri işə cəlb etmək olar. Qarşı tərəfdə özünüzlə bağlı müsbət rəy yaratmağa çalışın. Biznesdə və ya ticarətdə irəliləyişlərə nail olmaq mümkündür.
Gəlirlər istisna deyil. Bir qədər əvvəl razılaşdırılmış sövdələşmələr dividendlər verməyə başlayır. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər olacaq.
Əkizlər - Çətin gün olsa da, xeyli dərs alacaqsınız. Başqalarının səhvlərinə fikir verin. Həmin yanlışlıqların təhlili sizə səhvlərinizin sayını azaltmağa imkan verəcək. Maliyyə və əmlakla bağlı məsələləri həll etmək olar. Gəlirin bölüşdürülməsi məqamlarını tərəfdaşla müzakirə edin.
Alış-veriş və sövdələşmələr üçün əlverişli vaxtdır.
Görüşlər yaxşı keçəcək. İnamlı, qətiyyətli olun. Qarşı tərəfi sizi dinləməyə vadar edin. Daha təcrübəli insanlar sizi dinləyəcəklər.
Ailədə kiçik fikir ayrılıqları olsa da, problemlər yaranmayacaq.
Xərçəng - Günün yaradacağı çətinliklər o qədər də çox deyil. İstənilən problemi ürəyinizə salmayın, xırda müşküllərdən dolayı təbdən çıxmayın. Sizə maraqlı iş və ya məşğuliyyət təklif edəcək insan olacaq. Pullarla ehtiyatlı olun. Xərclər çoxdur. Bədxərclik etməyin.
Yaxın ətrafınızdakı insanların keçirdiyi hisslərin bir qismini olsa belə, anlamağa çalışsanız, şəxsi münasibətlərdə problemlər yaranmayacaq. Başqasının fəaliyyət sahəsinə və ya yaşam arealına müdaxilə etməyin.
Şir - Yaxşı ideyalar və onların reallaşdırılması üçün enerji qıtlığından şikayətlənə bilməzsiniz. Yeni ideyalar üçün əlverişli zamandır. Genişmiqyaslı birgə layihələrə başlamaq olar. İntellektual səviyyə yüksək olduğundan çətin məsələlərin həlli, mühüm məsələlərə cavab tapa bilərsiniz. İşgüzar və şəxsi görüşlər pis keçməyəcək. Çağırıldığınız yerə mütləq gedin.
Səfər və ya səyahət pis alınmayacaq. Yolda çox vaxt keçirməli olsanız da, yorulmayacaqsınız.
Səhhətinizdə problemlər yaranmayacaq. Ağrılar olmayacaq.
Qız - Çoxdankı arzularınız və ya niyyətlərinizdən birini reallaşdıra bilərsiniz. Yarımçıq qalan işi başa vurun. İşdə yaxşılığa doğru dəyişikliklər baş verəcək. Həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın, bədxahları zərərsizləşdirin. Müstəqil iş üçün əlverişli zamandır. Bununla belə, sizə yardımlarını təklif edən insanlara rədd cavab verməyin.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yalnız bu minvalla pozitiv dəyişikliklərə səbəb ola bilərsiniz. Günün ikinci yarısında yaradıcılıq planlarından birini həyata keçirin. Yeniliklər və mütərəqqi təcrübəyə laqeyd qalmayın.
Tərəzi - Hər şey istədiyiniz kimi asanlıqla əldə olunmayacaq. Lakin qətiyyətli və iradəli olsanız, məqsədə çata bilərsiniz. Məhsuldar çalışın. İş darıxdırıcı və rutin təsir bağışlasa da, kimsəyə imkan verməyin ki, prosesə müdaxilə etsin. Yolunuzdan sapmayın. Genişmiqyslı anlaşma və ya sövdələşmələri müzakirə etmək, uzunmüddətli əməkdaşlıqla bağlı müqavilə imzalamaq olar. Yeni tərəfdaşlar və sifarişçilər tapmaq olar.
Yaxınlarınızla təmaslarda diqqətli və səbirli olun. Onların diqqətinizə və dəstəyinizə ehtiyacı var. Ailə üzvləri ilə həssas olun.
Əqrəb - Məhsuldar fəaliyyət üçün əlverişli gündür. Peşəkar uğurlara və nailiyyətlərə sahib olacaqsınız. Karyera müstəvisində irəliləmək, maaşın artımına nail olmaq şansları var. İşdəki situasiya rəhbərliklə söhbətdə seçəcəyiniz tondan asılıdır. İntuisiyanıza güvənə bilərsiniz. Hüquqi məsələlərin həlli, məhkəməyə üz tutmaq üçün pis gün deyil.
Səfər və ya səyahətin nəticəsi pis olmayacaq. Sevdiyiniz insanla vaxtınızı xoş keçirə bilərsiniz.
Axşam saatlarında idmanla məşğul olun. Fizikri hərəkətlər orqanizm üçün effektivdir.
Oxatan - Bir sıra məsələləri həll etmək üçün əlverişli zamandır. Çətinlikləri çözmək üçün effektiv həll variantını arayın. Qarışıq situasiyadan çıxış yolu tapın, əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Şəxsi münasibətlərdəki qarışıqlıq peşə fəaliyyətinə təsir edə bilər.
Günün ikinci yarısında nüfuzlu şəxs fəaliyyətinizi görəcək.
Alış-veriş üçün yaxşı zamandır. Dəvət aldığınız tədbirə qatılın. Kulinar eksperimentlər edə bilərsiniz. Axşam saatlarında qonaq gələcək.
Oğlaq - Müttəfiqlər və dostlar sizə yardım edəcəklər. Onlar vaxtında yardıma gələcək, yaxşı məsləhətlər verəcək, sizi bədxahların hücumlarından müdafiə edəcəklər. İşgüzar tərəfdaşlar da sizi darda qoymayacaqlar. Onların təkliflərini çox düşünüb-daşınmadan qəbul etmək olar. Müstəsna, fenomenal ideyalar yoxdur. Fəqət başqalarının ideyalarından yararlana bilərsiniz.
Yeni tanışlıqlara, perspektivdə faydalı ola biləcək münasibətlərə başlamaq olar. Qəfil etiraf istisna deyil.
Dolça - Təmaslarla əlaqələrdə səlis, diqqətli olun. Etibara layiq olmayan insanlara inanmayın. İfrat etimad problemlər yarada bilər. İnanılmış tərəfdaşlar və köhnə müttəfiqlər fəaliyyətinizdə kobud səhvlərin qarşısını almağa yardım edəcəklər. Şəxsi münasibətlərdə yalnız intuisiyanıza güvənməyin.
Xoşagəlməz xəbərlərin alınması istisna deyil. Aldığınız məlumatları yoxlayın. Kiminsə sizi aldatmağa çalışması göz qabağındadır. Yaşlı qohumlarla mübahisə, ailədə fikir ayrılıqları ola bilər.
Balıqlar - İstənilən çətinlikdə layihəyə başlamaq üçün yaxşı gündür. Yaxşı komanda yığmaq və ya planlarınızı həyata keçirməkdə sizə yardımçı olacaq insanları cəlb etmək şansları az deyil.
Məntiqlə rəhbərlik edin, fərqlənənləri mükafatlandırın.
Şəxsi problemləri həll edin. Sevgilinizlə sizi narahat edən məsələ barədə açıq danışın. Dil tapmaq çətin olmayacaq. Yeni layihə və ya sifariş tapmaq çətin deyil.
Milli.Az
Sabiq deputat Mahir Aslanov əməliyyat zamanı vəfat edib - Türkiyədə
Rusiyada polisə qarşı terror: ölən və yaralananlar var
Pedofildən rüşvət alan keçmiş səfir saxlanıldı
"FedEx" ABŞ Administrasiyasını məhkəməyə verdi
İstanbulda İŞİD-ə qarşı əməliyyat - Saxlanılanlar var
ABŞ sorğu-sualsız daha br qayığı vurdu - 3 narkomafiya lideri öldü
"QƏRARI VERƏN MƏNƏM, ƏGƏR İRAN..." - Tramp Qərargah rəisi ilə bağlı xəbərə reaksiya verdi, Tehranı növbəti dəfə hədələdi
Jurnalist Şəmşad Ağaya daha bir ağır itki üz verib
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir