Azərbaycan güləşçisi Rusiyadakı yarışda finala yüksəlib

img

27-01-2022 [15:21]


Rusiyanın Krasnoyarsk şəhərində güləş üzrə ikiqat olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, birinci yarış günündə qadınlardan ibarət milli komandanın 2 üzvü xalça üzərinə çıxıb.

50 kq-da mübarizə aparan Şəhanə Nəzərova ilk görüşdə rusiyalı Darima Sanjeyevaya mainimal fərqlə uduzub - 2:3.

59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnik startda rusiyalı Yuliya Artışkoya "tuşe" ilə qalib gəlib. Təcrübəli idmançı 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib.

Kolesnik bu raundda da Rusiya güləşçisi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Azərbaycan təmsilçisi adını finala yazdırıb.

Qeyd edək ki, Alyona Kolesnik yanvarın 28-də keçiriiləcək həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR