Azərbaycanla Rusiya arasındakı quru sərhədi nə vaxt açılacaq? - Səfirdən açıqlama

img

26-01-2022 [12:56]


“Azərbaycanla Rusiya arasındakı quru sərhədi iki ölkənin əməliyyat qərargahları tərəfindən verilmiş qərara əsasən bağlanıb, nə vaxt açılacağına dair fikir söyləmək hələ tezdir”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Səfir deyib ki, bununla bağlı təyyarə ilə sərnişindaşımalarında artım baş verib: “Hazırda Rusiyanın 9 təyyarə şirkəti hər həftə müxtəlif şəhərlərdən Bakıya uçuşlar həyata keçirir. Həmçinin bəzi şirkətlər Azərbaycanın başqa şəhərlərinə uçuşla bağlı müraciət edib”.

O, bundan əlavə, Xəzər dənizində gəmilərlə turizm səfərlərinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA