Qəbul imtahanlarının proqramlarında dəyişiklik edilib: "Həmin materiallar dərsliklərdə yoxdur, ancaq..."

img

25-01-2022 [17:28]


“Ali təhsil müəssisələrinə builki qəbul proqramlarında müəyyən dəyişiklik edilib”.

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyib.

Onun sözlərinə görə, yeni iqtisadi zonalarla bağlı coğrafiya fənni üzrə qəbul proqramına tapşırıqlar salınacaq: “Hansı ki, həmin məlumatlar dərsliklərə salınmayıb. Ona görə də bununla bağlı materiallar hazırlanıb və DİM-in saytında yerləşdirilib. Eyni zamanda tarix fənnində də material yenilənib və o da saytda yerləşdirilib. Vətən müharibəsində qazanılan qələbə ilə bağlı tarix fənnində dəyişiklik edilib. İndiki 11-cilər bu dəyişiklikləri məktəbdə keçmədiklərindən DİM bununla bağlı müəyyən işlər görüb. Daha bir dəyişiklik ədəbiyyat dərsliyi ilə bağlıdır. Bəzi yeni əsərlər proqrama əlavə olunub. Əsərlərin bir neçə hissəsi artıq saytda yerləşdirilib. Bu yeni deyil, proqrama daxil edilən əsərlərdir. Məktəbdaxili qiymətləndirmə də aparılıb”.

Şöbə müdiri əlavə edib ki, bütün bu yeniliklərin yer aldığı tapşırıqlarla bağlı məlumatlar “Abituriyent” jurnalının 1-ci sayı üzərində işlər artıq yekunlaşır, yaxın vaxtlarda nəşr ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA