Qalatasaray" klubunun futbolçusuna cinayət işi açılıb

img

25-01-2022 [16:31]


Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədə istintaq işi açılıb.

"NTV Spor" xəbər verir ki, buna 25 yaşlı hücumçunun imtahana öz yerinə dostunu göndərməsi səbəb olub.

Hazırda Afrika Millətlər Kubokunun oyunları üçün yığmanın düşərgəsində olan forvardla bağlı Misirə qayıtdıqdan sonra tədbir görüləcək.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus olan Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA