Xan Şuşinskinin qızı: "Şuşa ilə bağlı arzularım var" - MÜSAHİBƏ
14-01-2022 [11:44]
Qarabağın incisi olan Şuşa şəhəri, illər sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində düşmən işğalından qurtularaq azadlığa qovuşdu. Əldə olunan Zəfər tariximizin səhifələrinə qızıl hərflərlə həkk edildi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinin aparılması, mədəniyyət xadimlərinin büstlərinin doğma yurda qaytarılması təqdirəlayiq addım oldu. Cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi onun uzaqgörənliyi, müdrik, yüksək idarəçilik metodunu bir daha nümayiş etdirdi. Xan Şuşinski Fondunun rəhbəri, ustad xanəndəmiz, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva–Cavanşirova “Xalq qəzeti”nə bu qərarı çox yüksək dəyərləndirdiyini açıqlayıb.
Mia.az onunla müsahibəni təqdim edir:
– 2022-ci ilin “Şuşa ili” elan olunması xəbərini eşitdikdə hansı duyğuları yaşadınız?
– Ulu öndərimizin layiqli davamçısı, Qarabağ torpaqlarını bizə qaytararaq adını əbədi olaraq Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə həkk etdirmiş cənab Prezidentimiz Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı, daha sonra 2022-ci ili “Şuşa ili” elan etməklə elə bil dünyanı bizə bağışladı. O, bununla ulu öndərin vəsiyyətini yerinə yetirdi, bir övlad kimi onun qoyduğu irsi davam etdirdi. Prezident bu ili “Şuşa ili” adlandırmaqla beynəlxalq miqyasda sübut etdi ki, həqiqətən də, Şuşa tarixi, əzəli-əbədi Azərbaycan şəhəridir. İndi mənim sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtliyimi ifadə etmək üçün sözlər acizdir. Şuşa kimi möhtəşəm qalanı bizə qaytaran müdrik siyasi xadim, dövlət başçımız İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eləcə də şəhid olmuş qəhrəman oğullarımızın ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Ən ümdəsi xalqımla fəxr edirəm. 44 günlük Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşdi. Bütün dünyaya necə güclü, qüdrətli olduğumuzu göstərdik.
Onu da qeyd etmək istərdim ki, xalqımız həmişə tolerant, sülhsevər olub. Torpaqlarımızda yaşayan, millətindən, dinindən asılı olmayaraq hər bir xalqın dilinə, dininə hörmətlə yanaşıb. Onlar da Vətən müharibəsində Azərbaycan vətəndaşı olaraq bizimlə birləşdilər və doğma torpağımızı düşmən işğalından azad etdilər. Eləcə də Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalının birinci günündə müharibədə olduğu kimi, burada da bizimlə birgə sevindilər. Özlərinin folklor nümunələri ilə “Şuşa”, “Qarabağ” söyləyərək çıxış etdilər. Bundan əlavə, 2022-ci ilin cənab Prezidentimiz tərəfindən “Şuşa ili” elan edilməsi həm Şuşaya doğma sakinlərin möhtəşəm qayıdışının təmin olunması, həm də burada abadlıq-quruculuq proseslərinin, milli-mədəni irsin qorunaraq bərpa edilməsi işlərinə təkan verəcəkdir.
– Şuşa ilə bağlı illərlə qəlbinizdə daşıdığınız və şəhər azad olunduqdan sonra reallaşdırmaq istədiyiniz arzunuz vardımı?
– Şuşa ilə əlaqədar mənim də arzularım var. Şuşa təbiətən gözəl şəhərdir. Onun hər bucağından bir dahi yetişib. Hazırda şəhərdə bərpa-quruculuq işləri gedir. İnşallah, orada muzeylər xüsusən dahi şəxsiyyətlərin ev muzeyləri dövlətimiz tərəfindən yenilənəcək. Şuşaya xas, qədim tarixində nələr olmuşsa, onların hamısını indi bir daha orada reallaşdırmaq olar.
– Atanız dəyərli sənətkar Xan Şuşinski Şuşa haqqında ilk mahnını bəstələyib. Bu istiqamətdə bilgi verməyiniz yerinə düşərdi. Şuşaya bağlılıq sizin nəslin həyatında nə ilə əlaqədardır?
– 1752-ci ildə ulu babam Pənahəli xan Cavanşir Qarabağ torpaqlarında Şuşa qalasını inşa etdirmişdi. Burada zəmanəsinin tanınmış alimlərini, şairlərini, nəqqaşlarını, rəssamlarını, mədəniyyət xadimlərini, qəhrəmanlarını, o cümlədən, öz qohumları və doğmalarını məskunlaşdırmışdı. Hər zaman fikirləşirdim ki, balaca bir şəhərdə necə olub ki, bu qədər dahi şəxsiyyət yetişib. Sualın cavabı buradan aydın oldu. Qalada mədəniyyət xadimlərinin toplanması təsirsiz ötüşməmişdi. Bunlardan da törəyən nəsil təbii olaraq şəxsiyyətlər olacaqdı. Mən deyərdim ki, Şuşa tarixi abidələr, muzeylər şəhəridir. Şəhər zəngin təbii sərvətlərə malikdir. Sıldırım qayaları, yaşıl yamacları, büllur bulaqları, güllü-çiçəkli bağları və bütün bu gözəlliyin fonunda, 28 il ərzində şəhərimizin düşmən işğalı altında olmağına, onların bizim yurd yerimizi talan edib, dağıtmaqlarına baxmayaraq Şuşa öz əzəmətini qoruyub saxlayıb. Doğma yurdumda elə bir ev yox idi ki, oradan musiqi sədası eşidilməsin. Atam xatirələrində danışırdı ki, babam Aslan ağa dövrünün çox tanınmış ziyalılarından biri, Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin kötükcəsi idi. Aslan ağa musiqiyə, mədəniyyətə, şeiriyyata bağlı insan olub. Gözəl tar çalar, pəsdən oxuyardı. Evində tez-tez musiqili gecələr keçirərdi. Həmin axşamlarda Şuşada yaşayan tanınmış şairləri, ədibləri, musiqiçiləri evinə dəvət edər və gözəl mahnılar ifa edərdi. Orada şairlər şeir yazar və bu şeirlərə musiqilər bəstələnərdi. Atamda da musiqiyə sevgi elə o günlərdən yaranmışdı. Atam təhsilini Şuşa Realnı Məktəbdə almışdı. O, fars, ərəb, kiril və latın əlifbalarında sərbəst yazıb, oxuyur şeirlər tərtib edir, mahnılar bəstələyirdi. Üzərindən bir əsr keçməsinə baxmayaraq həmin musiqilər sevilə-sevilə dinlənməkdə və oxunmaqdadır. Şuşa mənim atalı-analı xoşbəxt günlərimin vətənidir. Sovet dönəmindən öncə, Şuşa şəhərinin mərkəzinin Çuxur məhlə adlanan hissəsində babam Aslan ağanın üç məhəlləsi olub. Sovet dönəmində isə bütün bu mülklər ələ keçirilib və babamın səsi alınıb. Səsin alınması o demək idi ki, o heç yerdə fəaliyyət göstərə bilməzdi. Bu səbəbdən də bütün ailənin yükü atamın üzərinə düşürdü. Atam 1926-cı ildə Xankəndidə “Qarabağ” adlı milli musiqi alətlərindən ibarət orkestr yaratmışdı. 1960-cı ildə atam Xan Şuşinski Şuşadan ev aldı. Biz hər yay fəslində ora istirahətə gedərdik. Xanın Şuşaya gəlişi toya, bayrama çevrilirdi. Hamı onun görüşünə gəlirdi. Şəhər mərkəzinin, Güllü bağ adlanan tərəfində Xanın oturacağı qoyulmuşdu. Orada yüzlərlə insan olsa belə heç kim həmin oturacaqda əyləşməzdi ki, bura Xanın yeridir. Atam Şuşanı canından artıq sevirdi. İlk dəfə 1930-cu ildə sözləri və musiqisi özünə məxsus olan Şuşa haqqında mahnını yazmışdı. Sovet dönəmində Şuşanın həqiqətən də başının dumanlı olduğundan, mahnını “Şuşanın dağları başı dumanlı” deyə adlandırmışdı. Buna görə onu çox incitmişdilər ki, sovet Şuşasının başı da dumanlı olarmı?! Sən bununla nə demək istəyirsən? Lakin onlar başa düşmürdülər ki, Şuşanın dağları başı dumanlı, mavi, qırmızı koftalı, yaşıl tumanlı deyərək, Azərbaycanımızın müqəddəs üçrəngli bayrağını gələcək nəsillərə sətiraltı olaraq ərməğan etmişdi.
– Uzun illər sonra doğma torpağınıza qədəm qoydunuz. Təəssüratlar necə oldu, nələri xatırladınız, sizi duyğulandıran məqamlar hansılar idi?
– Mən o qədər həyəcanlı, sevincək idim. Dövlət başçımız televiziyada “Şuşaya bir nəfəs qədər yaxınıq” deyəndə, sanki o cümlə mənə dünyaları bəxş etdi. Şuşa işğaldan azad olunan gün telefonum dayanmadan zəng çalmağa başladı. Yüzlərlə insan gözaydınlığı verdi. Mən uşaq kimi hönkür-hönkür ağladım. Bu, sevinc, xoşbəxtlik göz yaşları idi. Mən bunu illər boyu gözlədim. Atam Şuşanın işğalını görmədi. Amma, Allaha şükürlər olsun ki, Şuşa artıq bizimdir. Ulu öndərimizin ruhu şaddır. Çünki Prezident, Ali Baş Komandan İlham Əliyev atasının vəsiyyətini həyata keçirdi. O, Şuşa işğaldan azad olunduqdan sonra birbaşa Fəxri Xiyabana, ulu öndərimizin məzarı başına getdi. Bir oğul kimi atasına hesabat verdi. Mən çox kövrəldim. Allah onu qorusun. İndi atamın, Üzeyir bəyin, Bülbülün, Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun ruhu şaddır. Bizə deyəndə ki, “siz Şuşaya gedirsiniz”, o qədər həyəcan keçirirdim, heç özüm də nə etdiyimi bilmirdim. Həm ağlayır, həm də gülürdüm, özümdə-sözümdə deyildim. Biz Şuşaya yola düşdük. Mən o an xalqımla fəxr elədim. Bizim çox böyük, qüdrətli xalqımız var, nə qədər ziyalılarımız var. Hələ bizimlə birgə gedən o ziyalıların bir hissəsi idi. Yol boyu Allaha dua edib şükürlər edən kim, sevincdən musiqi səsləndirən kim... Bilirsiniz biz necə vəziyyətdə gedirdik? Mən onu sözlə ifadə edə bilmirəm. Şuşaya çatan kimi diz çöküb, torpaqdan öpdüm. Əlimi göyə tutub Allaha şükür etdim. Göz yaşlarımı saxlaya bilmirdim. İki dəfə Şuşada olduq. “Xarıbülbül” musiqi festivalında Prezidentimlə görüşdüm, minnətdarlığımı bildirdim. Çox sağ olsun, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev fondunun təşkilatçıları, sağ olsunlar, məni atam evinə apardılar. Ev deyəndə talan olunmuş, dağıdılmış həyət idi. Mən Üzeyir bəyin evini elə dağılmış vəziyyətdə görəndə nitqim tutuldu. Atam həmişə deyərdi Üzeyir bəy elə bir görkəmli insandır ki, hər xalqa belə dahi şəxsiyyətin yetişməsi xoşbəxtliyi nəsib ola bilməz. İkinci dəfə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə bizi Şuşaya apardılar. Agentliyin rəhbərliyinə Azay Quliyev və Vüsal Quliyevə minnətdarlığımı bildirirəm. Zəfər yolu ilə Şuşamıza getdik. Bu çox gözəl bir yoldur. Qısa zamanda belə möhtəşəm yolun salınması olduqca alqışalayiqdir. Yolboyu abadlıq-quruculuq işlərinin aparıldığının şahidi olduq. Şuşanı gəzdik, dolaşdıq. Cıdır düzündə olduq. O yerləri görəndə sanki 30 yaş cavanlaşdım. Zəfərimiz qutlu olsun! Bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Ulu öndərimizin söylədiyi kimi Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ ola bilməz! Ruhun şad olsun, ulu öndərimiz! Şuşalı günlərimiz mübarək!
Müsahibəni apardı: Şahxanım ƏLİZADƏ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün “TEKNOFEST Azərbaycan” festivalına start verilir
Elektron imzadan istifadə ilə bağlı tarif təsdiqlənib
Ceyhun Bayramov: "Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur" - "Ukaynaya 15 milyon avroluq yardım göndərilib"
Rafael Ağayev bosniyalı karateçiyə məğlub oldu
İlkin Süleymanov öz vəkillərinin suallarını cavablandırıb
Azərbaycanda hərbçiyə cinayət işi açılıb - Səbəb
"Şamaxı" klubu daha 3 futbolçu ilə vidalaşıb
Elza Seyidcahanla jurnalist arasında efirdə gərginlik: "Şantaja görə heç nəyimi satmaram” - VİDEO
“Sabah” klubu Xulio Rodriqeslə yollarını ayırıb
Daha 43 dövlət əmlakı hərraca çıxarılıb
Sabah bu rayonlarda qaz olmayacaq
Misel: “Rusiyanın neft və qazından asılılığımıza son qoymalıyıq”
Blinkendən Paşinyanla söhbəti barədə açıqlama: "ABŞ-ın proseslərlə bağlı mövqeyini ifadə etdim və..."
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müğənni "rəisim" mahnısından danışdı: "Rəis xanımları zəng edib, hər hansı məclisə dəvət etsələr..."
Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib: "Uşaqlar buradakı təyyarə, yaxud PUA-lara toxunmalıdır ki..."
Zakir Həsənov Səlcuq Bayraqdarla bir arada - FOTOLAR
Sabirabadda naməlum şəxsi qatar vurub
NAZİRİN BİRİNCİ MÜAVİNİ YOLA SALINIB: "Ona yeni vəzifə verilməyib" - Rəşad Nəbiyevin müavinlərinin sayı artıb (Yenilənib)
Prezident daşınmaz əmlakla bağlı daha bir fərman imzaladı - DETALLAR
Sabiq prezident saxlanılıb - Dodonun tərəfdarları təcridxananın qarşısında piket keçirir (Yenilənib)
Prezident İlham Əliyev Salome Zurabişviliyə məktub göndərib - MƏTN
Putin fərman verdi - Ukraynanın daha iki şəhərinin sakinlərinə Rusiya vətəndaşlığı verilir
"Biz pulu nə qədər çox versək..." - Nazirdən açıqlama
Keçmiş şöbə müdirinə PA-da vəzifə verilib
Azərbaycanda çaylarda suyun səviyyəsi artıb, bəzi yerlərdə sel olub
2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı layihə MM-in plenar iclasında müzakirə ediləcək
“Azərbaycan Dəmir Yolları"nda Cavid Qurbanovu kim əvəzləyir?
Palata sədri deputata belə cavab verdi: "Kino çəkilməsinə ayrılan pul yarı-yarıya kəsmək olar"
Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək - Qaydalar
Ceyhun Bayramov Qazaxıstan xarici işlər naziri ilə müzakirə aparıb
Nazir Azərbaycanda qazın qiymətinin çox ucuz olduğunu deyir: "Bizdə qiymət heç nədir"
Ceyhun Bayramov Estoniya parlamentinin sədri ilə görüşüb
İsrailin XİN başçısı Çavuşoğlunun dəvətinə belə cavab verdi: "Dönər kababı olacaqsa, gələrəm”
"Avto FM" radiosu Daxili İşlər Nazirliyinin tabeliyinə verilib
Vilayət Eyvazov 72 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir 37 qazi və 7 şəhid ailəısnin üzvünü işə götürdü
Deputat: "Bank kreditlərinin faizləri niyə yüksəkdir, axı?"
Deputat: “Dövlət şirkətlərinin vəsaitləri səmərəsiz istifadə etməsinin qarşısı alınmalıdır”
AFFA prezidenti Hasan Çavuşoğlu ilə görüşüb - FOTO
Deputat Vahid Əhmədov: "Daxildə də bizim kifayət qədər problemlərimiz var" - "Ən ciddi məsələ iş yerləri ilə əlaqədardır"
II Elizabet İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ikinci görüşü gələn həftə keçiriləcək
Maliyyə naziri: "Bu proses daha da kəskinləşib"