Prezident iki ölkə səfirinin etimadnamələrini qəbul edib - FOTOLAR (YENİLƏNİB)
10-01-2022 [17:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir Abdelouahab Osman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edərək, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrə toxunaraq, bu müstəvidə də fəaliyyətin intensivləşdirilməsinin və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılmasının zəruriliyini bildirdi. Dövlətimizin başçısı, həmçinin insanlar arasında fəal təmasların təşviqinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev Abdelouahab Osmanın səfirliyi dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə həmişə beynəlxalq hüququn aliliyini və Qoşulmama Hərəkatının təməlini təşkil edən Bandunq prinsiplərini rəhbər tutmuşdur.
Prezident İlham Əliyev 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalmasına və Ermənistanın bu ərazilərdə törətdiyi dağıntılara, Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməllərinə toxunaraq regional əməkdaşlığı nəzərdə tutan postmünaqişə dövrünə aid sülh gündəliyinin həyata keçirildiyini bildirdi.
Səfir Abdelouahab Osman Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Abdelouahab Osman Əlcəzairin BMT Nizamnaməsinin prinsipləri və məqsədlərinə, o cümlədən ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə və daxili işlərə müdaxilə etməməyə tam sadiq olduğunu qeyd etdi. Səfir ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Səfir Abdelouahab Osman Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirdiyini vurğulayıb.
***
Prezident İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Li In-Yonqun etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, siyasi əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrasktrur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğuladı. Dövlətimizin başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişlənmədirilməsinin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğluyaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcini qeyd etdi.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev ABŞ-a gedib
Mourinyo: "Benfika" "Qarabağ"a uduzan günün sabahı..." - Ali Koç məni maraqlandırmır"
Ukrayna PUA-larla Moskvaya zərbə endirməyə başlayıb - Mer açıqladı
Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumunda: "Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan..." - VİDEO
Ermənistan vətəndaşları Bakıda məhkəmədə - Tələblər var (YENİLƏNİB)
Möhlət hüququ olan tələbə necə "tor"a salınıb? - Məhkəmə işi
Bakı aeroportunda həyəcan siqnalı: nə baş verib?
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış oldu
Ankarada biznesmen güllələnib - Sürücü tərəfindən
"Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir" - Mikayıl Cabbarov
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bələdiyyə sədri MHP-dən istefa verdi
Tələbə bıçaqlanıb
Azərbaycan Kuboku: 2025/2026 mövsümünün tam təqvimi açıqlandı
Azərbaycan IFC ilə əməkdaşlıq sazişi imzaladı
"Çox gözəl qonarar verirdilər, ancaq ərim icazə vermədi" - Qumralı İrana çağırırlarmış
Yaşar Nurinin qızı bu görüntüylə gündəmə gəldi - VİDEO
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
"Beşiktaş"ın "Kayserispor"da start heyəti dəqiqləşir - 8 futbolçu oynaya bilməyəcək
Avropa Liqası: "Fənərbağça"nın oyununu fransız hakim idarə edəcək
Adnan Əhmədzadənin vəkili: "Hər bir proses hüquq üzərindən aparılır"
Balıkəsirdə daha bir zəlzələ oldu - 4.5 bal gücündə
Samir Məhərrəmli 3 oyunluq cəzalandırılıb
Meyxanaçı Balaəlinin 34 min manatlıq saatı - VİDEO
Qəzzada itkilər artıb
Bu bankların əmlakları hərraca çıxarıldı - SİYAHI + MƏBLƏĞ
Ağdərənin Həsənriz kəndinə daha 115 nəfər köçürüldü
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Sabah yağış yağacaq
Baş Qərargah rəisi Belarusa gedib
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Hökumət qərar verdi
CHP Ərdoğanın partiyasını qabaqlayır, MHP geriləyib - Sorğu
Avtomobilinə kvadrat nömrə arzulayan sürücülərin diqqətinə! - Qanunla belə almaq olur - VİDEO
"İki dəfə dünya çempionu olmuşam, bir səhvdir, etmişik" - Mayora hücum edən idmançılar hakim qarşısında
İctimai yerdə futbol oynayan uşaqların valideynləri cərimələnb
ChatGPT-lə bağlı yeniliklər olacaq