Qazaxıstanda general özünü öldürdü, iki polkovnikin də meyiti tapıldı

img

10-01-2022 [11:24]


Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı “BaigeNews.kz” yayıb.

“Kozachkov offside” teleqram kanalının məlumatına görə, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb.

60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi.

“Kazinform”un məlumatına əsasən, Almatının Turksib rayonu Polis İdarəsinin rəis müavini polkovnik Tanat Nazanovun meyiti isə kabinetində aşkarlanıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin zabiti, polkovnik Azamat İbrayevin meyiti isə ölkə paytaxtı Nur-Sultanda yaşadığı binanın həyətində aşkar edilib. Komitədən bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA