Ermənilərin Qarabağ zonasında atıb qaçdığı növbəti silahlar tapıldı - FOTOLAR

img

10-01-2022 [09:55]


Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, işğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilən hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Aşkar edilən 2 pulemyot, 2 “Faqot” və 1 “Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksləri, 4 qumbara, 3 avtomat sandığı, 18 müxtəlif növ mərmi, 317 müxtəlif çaplı patron aidiyyəti üzrə təhvil verilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA