Ərdoğan İlham Əliyev, Tokayev və Japarovla müzakirə apardı - Qazaxıstandakı son hadisələrlə bağlı

img

06-01-2022 [19:33]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefonda Qazaxıstanda baş verən etirazları və son prosesləri müzakirə edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan tərəflərlə Qazaxıstandakı son durumu müzakirə edib.

Məlumata görə, Türkiyə prezidenti Qazaxıstan prezidenti ilə müzakirədə ölkədə vəziyyəti normallaşıması üçün hər cür dəstəyə hazır olduğuqlarını deyib.

Onu da qeyd edək ki, Ərdoğan bu gün Qırğızıstan prezidenti Sadır Japarovla da telefonda danışıb.

Tərəflər  ikitərəfli əməkdaşlığın perspektivləri ilə yanaşı, Qazaxıstandakı vəziyyəti də müzakirə ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA