Rəsmi Moskvadan Qazaxıstandakı etirazlar barədə bəyanat: "Rusiya antiterror əməliyyatların aparılması üçün..."

img

06-01-2022 [16:13]


Rəsmi Moskva Qazaxıstanda baş verən son hadisələri xaricdən ölkənin təhlükəsizliyini və bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirir.

TASS xəbər verir ki, bu barədə Rusiya XİN-in KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstana təşkilatın kollektiv sülhməramlı qüvvələrinin göndərilməsi qərarı barədə bəyanatında deyilir.

“KTMT çərçivəsində mövcud müttəfiqlik öhdəliklərinə sadiqliyini sübut edən Rusiya Federasiyası Qazaxıstanda daxili siyasi vəziyyətin sürətlə pisləşməsi və zorakılığın artması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsini dəstəkləyib”, - bəyanatda deyilir.

Bəyanata görə, Rusiya antiterror əməliyyatların aparılmasına dəstək məqsədilə Qazaxıstan və KTMT üzrə müttəfiqləri ilə məsləhətləşmələrini davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA