Şuşada yeni məscid tikiləcək, 6 beşmərtəbəli bina və “Parlament” binası isə söküləcək

img

05-01-2022 [12:30]


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin görülməsi (1), eləcə də şəhərdəki mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Uni Construction” və “Terrastruc” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,074 milyon manat və 0,299 milyon manat, ümumilikdə isə 2,373 milyon manat ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA