AZƏRBAYCAN ƏSGƏRİ MİNAYA DÜŞDÜ - Kəlbəcərdə (Xəbər yenilənib)

img

02-01-2022 [23:20]


Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi ilə bağlı araşdırma aparılır. 

Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA