ƏMƏK PENSİYASI ARTIRILIR - Məbləğ bəlli oldu

img

24-12-2021 [13:32]


Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.

Mia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA