02-03-2014 [22:00]
Vergilər Nazirliyinin "Qanun" nəşriyyatı ilə bağlı apardığı yoxlama kitap çapı ilə məşğul olan bu müəssisənin 150 min manat cərimələnməsiylə nəticələnib. Bu qərarı eşidən məlumatsız adam istər-istəməz düşünəcək: bu nəşriyyat nə qədər kitab çap edir, nə qədər pul qazanır, nə qədər gəliri vergidən yayındırıb ki, belə fantastik məbləğdə cərimələnib?
"Fantastik" sözünə bəlkə güləcəksiniz, çünki bu ölkədə maaşı 1-2 min manat olan məmurların övladları nəinki 150 min manatlıq, hətta milyon yarım qiyməti olan maşınlar sürür, Vergilər Nazirliynin kəsdiyi cərimə məbləğində vəsaiti bahalı restoranlarda "şot" verirlər. Amma bu məbləğ kitabçılar üçün həqiqətən fantastikdir; çünki bizim ölkədə kitablar yüz, iki yüz, beş yüz, bir milyon tirajla çap olunaraq, yazıçı və şairlərə, tərcüməçi və redaktorlara, naşir və kitab tacirlərinə böyük gəlirlər gətirib, onları məmləkətin ha-lal, həqiqi və qanuni yolla varlanan sakinlərinə çevirə bilmir. İnkişaf etmiş xarici ölkələrdən fərqli olaraq Azərbaycanda şairlər, yazıçılar, tərcüməçilər, redaktorlar, bir sözlə, yazı-pozu əhli bahalı villalarda yaşa-yıb, bahalı restoranlarda şam etmirlər, onların əksəriyyətinin nəinki bahalı, heç ucuzlu maşını da yoxdur, bizdə xaricdəki kimi istedadlı adamların layiq olduğu lüks həyatı məmurlar və onların gül balaları yaşayır-lar... Səbəb çox sadədir. Bir ölkədə ki min oyundan çıxsan da, kitabın tirajını min ədəddən yuxarı qaldırmaq mümkün deyil, orada kitab əhlinin nəinki yüksək, heç ortabab yaşamasından da söhbət gedə bilməz. Bizim məmləkətin şair və yazıçıları, tərcüməçi və redaktorları qışda soyuqdan donmamaq, yayda istidən bişməmək üçün işıqpulu, qazpulu dərdi çəkirlər, bu ölkənin yazarı ürək dərmanını vaxtlı-vaxtında ala bilmədiyi üçün qəfil kompüterin qabağında keçinəcəyindən qorxur, bu ölkənin şairi borclu olduğu dükan sahibinin onu görməməsi üçün evinə gedəndə yolunu dəyişir, bu ölkədə tərcüməçilər kirayə qaldığı ev sahibinin qınaq və məzəmmətlərini başlarını aşağı dikib dinləmək zorundadırlar... Bu ölkənin yazıçısı yazdığı kitablarla fəxr edə və başını dik tutub gəzə bilmir, çünki hər an, hər məclisdə, hər toyda-yasda böyürdən bir Nadir Qafarzadə çıxıb ona soyuducusunun boş olduğunu xatırlada bilər. Bu ölkədə heç kəs övladının gələcəkdə şair, yazıçı olmasını istəmir, hətta qələm əhli özü də bunu balalarına rəva və məsləhət görmür...
Ona görə ki, onun min bir əzab-əziyyətlə, yuxusuz gecələr hesabına ürəyinin qanıyla yazdığı əsərinin oxucusu, istehsal etdiyi məhsulun alıcısı yoxdur, yox dərəcəsindədir. Bir yazıçının ortabab bir romana iki il vaxt sərf etdiyini, həmin romanın min tirajla çap olunaraq 6-7 manata, tutaq ki, lap hamısının satıldığını və satışdan əldə olunan məbləğin hamısının müəllifə verildiyini fərz etsək, yazıçı ən yaxşı halda, 6-7 min manat vəsaitə 2 il yaşamağa məcburdur, yəni ayı təxminən 300 manata. Amma kitabların hamısının satılmadığını, satışdan əldən olunan məbləğin, təbii olaraq, hamısının müəllifə çatmadığını, əlli yerə bölündüyünü nəzərə alsaq, həm müəllifin, həm də bu cüzi vəsaiti idarə etmək zorunda qalan naşirin hansı acınacaqlı durumda olduğu hər kəsə bəlli olar. Həmin cüzi məbləğlə həm yazarları razı salmağa çalışan, həm texniki işçilərə maaş verən, kağız, rəng, yapışqan, nə bilim əlli cür poliqrafik vasitə alan, işıqpulu verən, avadanlıq alan, onu təmir etdirən və mənim bilmədiyim xeyli sayda digər proseduru həyata keçirən naşir hələ vergi də ödəməli, bu vergini "lazımi şəkildə" ödəmədiyinə görə, onu çökdürəcək fantastik cəriməyə də məruz qoyulmalıdır.
Kitab bazarının bu cür ölü durumda olduğu dövlətin ərazisində kitabdan vergi (ƏDV) tutulması absurd bir şeydir. İstər-istəməz düşünürsən: yəni bu ölkəni idarə edənlər, onun qanunlarını qəbul edənlər bu millətin gələcəyini heç düşünmür? Axı elmin, biliyin, intellektin hər bir xalqın taleyində ən mühüm rol oynadığı çağdaş dünyamızda kitaba bu cür düşməncəsinə münasibət göstərən ölkənin və millətin gələcəyi necə işıqlı ola bilər? Ölkədə mütaliə mühitini azacıq olsa da canlandırmağa nail olan, azsaylı oxucuları böyük çətinliklər bahasına kitabla təmin edən, ölkə vətəndaşını klassik və müasir dünya ədəbiyyatı nümunələriylə böyük çətinliklər hesabına az-çox tanış edən və bu sahədə tək fəaliyyət göstərən "Qa-nun" nəşriyyatı kitabdan əlavə dəyər vergisi (ƏDV) tutulmamasıyla bağlı dəfələrlə səlahiyyətli dövlət orqanlarına, Milli Məclisə müraciətlər ünvanlayıb. Ancaq dövlətimiz, onun səlahiyyətli qurumları ölkədəki kitab bazarını genişləndirmək, mütaliə mədəniyyətini və mühitini təşviq etmək üçün ƏDV-ni ləğv etməkdənsə, Vergilər Nazirliyi qəflətən kitab müəssisəsinə basqın edir və bir aydan sonra ona fantastik məbləğdə cərimə kəsir. Əgər Vergilər Nazirliyi bu qədər yaxşı işləyirsə, ticarət və iaişə müəssisələrinin vergidən yayınmasını dayandırsın. Onlarla restoran, mağaza, bazar, sex və sair müəssisə tanıyıram ki, vətəndaşlara heç bir qəbz vermir. Tələb edəndə belə, adama əyri-əyri baxırlar. Vergi müfəttişləri Bakı-nın ucqarlarında yerləşən və kassa aparatı olmayan yüzlərlə dükandan aylıq "haqq" alırlar. Həmin pullarla ciblərini doldurub villalar alan, bahalı maşınlar sürənlər büdcəni kasıb kitabçıların hesabına doldurmaq yolu tutublar. Yazıçılar, tərcüməçilər, redaktorlar, kitab çap edənlər, kitab satanlar nə pul qazanır ki, belə fantastik cərimələr də ödəsinlər?
Dövlət kitab istehsalçılarına yardım etməkdənsə, onları daha da sıxır, onların cüzi qazanclarını əlindən almaq yolu tutur. Budurmu sosial siyasət? Mən cənab prezidentin bu cür siyasəti himayə etdiyinə, onu dəstəklədiyinə inanmıram, bu mümkün deyil. Əksinə, bu cür hərəkətlər cənab İlham Əliyevin apardığı islahatlara tamamilə ziddir və onun nüfuzuna xələl gətirir.
Kitab mədəniyyətdir, elmdir, tərəqqidir, işıqdır, ölkəmizin və millətimizin gələcəyi, dünyada özünə la-yiqli yer tutması məhz kitabla, mütaliə ilə, ədəbiyyatla, elmlə bağlıdır. Ona görə də, şəxsən mən cənab prezidentin bu ədalətsiz cəriməni bağışlayaraq, kitabsevərləri sevindirəcəyinə inanıram. Kitabımız bağlanmasın!
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."