02-03-2014 [21:32]
Ukraynada hakimiyyət dəyişikliyindən sonra Rusiyanın bu ölkəyə hərbi müdaxilə etmək təhlükəsi dünya ictimaiyyətində narahatlıq yaradıb. Bu, Ukraynanın tərkibində olan Krım Muxtar Respublikasında dövlət idarələrinə məxsus binaların silahlı şəxslər tərəfindən zəbt olunması, həmin binaların üzərlərin-də Rusiya bayraqlarının qaldırılması və bu ölkəyə məxsus hərbçilərin sayının yarımadada kəskin şəkildə artması narahatlıqları daha da artırıb.
Rusiyanın hakim dairələrinə yaxınlığı ilə seçilən siyasətçi, məmur, politoloq və media orqanlarının Krımla bağlı avanturist çıxışlar etməsi vəziyyəti daha da gərginləşdirir. Rusiyanın Krım Muxtar Respublikasını Abxaziya və Cənubi Osetiya kimi işğal edəcəyi təəssüratı yaranır və hətta bəzi məqamlarda bu, qarşısı alınmaz görünür. Rusiyanın 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi bölgələrini işğal et-diyi kimi, indi də Krım Muxtar Respublikasının işğalına əl atıb-atmayacağı dünya mətbuatının əsas möv-zularından biridir.
Rusiyanın Krımı işğal etmək təhlükəsindən xəbər verən çağırışların artması dünya ictimaiyyətini ayağa qaldırıb. NATO və Avropa Birliyi sərt bəyanatlarla çıxış edərək, Rusiyanı Ukraynanın azad seçiminə və ərazi bütövlüyünə hörmət etməyə səsləyib.
Ukraynada hakimiyyət dəyişikliyindən dərhal sonra və Krımda təxribatların baş qaldırdığı ilk günlərdə Ukrayna-NATO birgə komissiyasının Brüselldə toplantısının keçirilməsi, həmin tədbirdə Alyansın baş ka-tibi Anders Foq Rasmussen sərt şəkildə Rusiyanı Krımda vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağı-rıb. ABŞ, Qərbin aparıcı dövlətləri - Almaniya, Böyük Britaniya və Fransa başda olmaqla, bütün Qərb öl-kələri Ukrayanın ərazi bütövlüyünün müdafiəsinə qalxaraq, Rusiyanı bölgədə vəziyyəti gərginləşdir-məkdən çəkinməyə səsləyiblər.
Qərb ölkələri ilə yanaşı, Rusiyanın əsas ticarət tərəfdaşı olan Türkiyə də Moskvanın düşünülməmiş ad-dımlardan çəkinməsini istəyir.
Qərbin siyasi liderlərinin Ukraynanı ciddi müdafiə etməsi və baş verə biləcək hadisələrə görə Rusiyanı xəbərdar etmələri Moskvadakı qızışmış başları yenidən düşünməyə vadar edib. Rusiyanın faktiki olaraq, bütün dünyaya qarşı getmək gücü yoxdur və Krımın işğal olunması məsələsində Moskva hətta Pe-kin və Tehran kimi müttəfiq hesab etdiyi paytaxtlardan dəstək ala bilmədi. Krım məsələsində heç bir dövlət təmsilçisinin Rusiyanın mövqeyini müdafiə etməməsi və yaxud loyal yanaşması faktı müşahidə edilmədiyi üçün Moskva qəti addım atmaqdan çəkinir.
Yanukoviç iqtidarının devrilməsindən sonra Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri kimi, Ukraynanın bir hissəsini - ən azından Krım Muxtar Respublikasını işğal edə biləcəyi qorxusu yaranıb. Bəzi təhlilçilər Gürcüstanla Ukrayna arasında paralellər apararaq Moskva-nın 2008-ci ildə Qərbə üz tutan Tiflisi cəzalandırdığı kimi, bu dəfə Avroatlatik strukurlara inteqrasiyaya önəm verən Kiyevi cəzalandıra biləcəyini qeyd edirdilər. Amma bu məsələdə müəyyən oxşarlıqlar olsa da, ciddi fərqlər var.
Birincisi, bu dəfə Rusiyanın qarşısında ərazi bütövlüyü pozulmuş və əhalisinin sayı 4,5 milyon olan Gürcüstan deyil, Sovet İttifaqının çöküşündən sonra heç bir hərbi münaqişəyə cəlb olunmamış 45 milyon-luq əhaliyə malik Ukraynadır. Rusiya Ukrayna ilə kiçik və ərazi bütövlüyü pozulmuş Gürcüstan kimi dav-rana bilməyəcəyinin fərqindədir.
Rusiya 2008-ci ildə Gürcüstana Moskva ilə Tiflis arasındakı anlaşmaları əsas tutaraq Abxaziya və Şimali Osetiyanı müdafiə etmək bəhanəsi ilə hərbi müdaxilə edə bildi. Ukrayna məsələsində isə Rusiyaya kiçik də olsa, belə imtiyazlar verən müqavilə və anlaşma yoxdur. Əksinə, Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyi və onu qoruyacağı ilə bağlı Rusiyanın öhdəliyi mövcuddur. Bu öhdəlik beynəlxalq müqavilələrdə də öz əksini tapıb.
Sovet İttifaqı dağıldıqdan sonra Kiyevin nüvə silahının yayılmaması müqaviləsinə qoşulmaqla özünün nüvə arsenalından imtina etməsi müqabilində ABŞ, Böyük Britaniya və Rusiya 5 dekabr 1994-cü il Buda-peşt memorandumu ilə Ukraynanın təhlükəsizliyinə təminat verib. İndi Rusiya özü imzaladığı beynəl-xalq müqaviləni pozmağa cürət etməz. Çünki belə olarsa, bu, Rusiyanın rəqiblərinin əlində güclü arqu-mentə çevrilər və rəsmi Moskva bir daha Qərbi beynəlxalq öhtəliklərə riayət etməyə çağıra bilməz.
Qərbin Suriyaya hərbi müdaxiləsinin beynəlxalq qanunlara zidd olduğunu bəyan etməklə, bu prosesin qarşısını alan Rusiyanın, indi Kiyevdə baş verən hakimiyyət dəyişikliyinə görə Krımı işğal etməsi müm-künsüz görünür. Moskvada hələ ağlını itirməmiş siyasətçilər başa düşürlər ki, bu addım Sovet İttifaqının Əfqanıstana qoşun yeritməsindən də mürəkkəb məsələdir. Moskvada anlayırlar ki, Rusiya Sovet İttifaqı deyil və dünya tarixinin ən nəhəng imperiyasının məhvinin başlanğıcı Əfqanıstana hərbi müdaxilə ilə qoyulub. Sovet İttifaqının dağılmasını faciə hesab edən Putinin Brejniyevin səhvini təkrar edəcəyi isə bir o qədər də inandırıcı deyil.
Heç şübhəsiz ki, Moskvada Ukraynaya hərbi müdaxilənin Rusiyanın dağılmasına səbəb olacağını dərk edən siyasətçilər var və onlar bu addıma yol vermək istəmirlər. Əgər Rusiya beynəlxalq öhdəliklərə riayət edib Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmasa, Qərb də Rusiyanın ərazi bütövlüyünü şübhə altına alacaq. Rusiyada baş qaldıran separatizm bundan sonra Qərbdən açıq dəstək görə bilər.
Rusiyanı Krımı işğal etməkdən çəkindirən ən önəmli faktorlardan biri də Muxtar Respublikanın etnik müxtəlifliyi, ən əsası, buradakı yerli xalqın, Krım türklərinin (tatarların) mövqeyidir. Krımda baş verən hadisələrin ilk günü göstərdi ki, Muxtar Respublikanın yerli əhalisi Rusiyanın planlarına qarşıdır və buna müqavimət göstərmək niyyətindədirlər.
Fevralın 26-da Krımın Rusiyaya birləşdirilməsini istəyənlərin qarşısına ukraynalıların deyil, Krım türkləri-nin çıxması Moskva üçün ciddi siqnal oldu. Hələ bundan əvvəl Krım türkləri Türkiyə və Azərbaycana müraciət edərək kömək istəyib, Rusiyaya birləşmək niyyətində olmadıqlarını bəyan ediblər.
Krım məsələsində Rusiyanın qarşısındakı yalnız Qərb dünyası deyil, Türk və İslam dünyası da dayanır. Türkiyə birmənalı şəkildə Krımın Rusiyanın əlinə keçməsinə qarşıdır və artıq rəsmi Ankara öz mövqeyini aydın şəkildə ortaya qoyub.
Fevralın 26-da Krımda baş verən hadisələr göstərdi ki, Rusiya bu Muxtar Respublikanı işğal etmək istəsə, yerli əhali olan Krım türkləri ilə üz-üzə gələcək. Ruslarla Krım türkləri arasında münaqişənin isə bütün Rusiyaya yayılmaq ehtimalı var. Rusiya hazırda millətlər və dinlərarası münasibətlərin ən həssas dövrünü yaşayır və istənilən qarşıdurma vəziyyəti daha da gərginləşdirər. Krım isə məhz həmin qığılcım ola bilər və Kremldə bunun fəqrində olan siyasətçilər hələ də var.
Krım müharibəsi heç şübhəsiz ki, siyasi, diplomatik və hərbi baxımından Rusiyanın maraqlarına zidd ol-duğu kimi, iqtisadi cəhətdən də arzuolunmazdır. Krım müharibəsi Rusiyadan güclü kapital axını, ixraca-tın azalması, texnologiyanın idxalatının mümkünsüz hala gəlməsinə səbəb olmaqla, iqtisadiyyatın bütün sahələrinə mənfi təsirini göstərər və bu ölkədə iqtisadi-siyasi vəziyyəti daha da gərginləşdirə bilər. Belə olarsa, hakimiyyətdən narazıların sayı və mərkəzdənqaçma meylləri artar. Xüsusilə Krım türklərinə etnik və dini yaxınlığı olan muxtar qurumlarım mərkəzdənqaçma tendensiyası güclənəcək. Krım müharibəsinin Tatarıstanı silkələyə və bu respublika özünün müstəqilliyini elan edə bilər. Bu isə artıq Rusiyanın parçalanması demək olardı. Rusiyanın beynəlxalq öhdəliklərə riayət etməməsi bu dəfə onun öz əleyhi-nə işləyər və müstəqilliklərini elan edən respublikaların beynəlxalq dəstək qazanmasını asanlaşdırar.
Bütün bunlar bizə belə qənaətə gəlməyə imkan verir ki, Rusiyanın Krımı və yaxud da Ukraynanın bir hissəsini işğal etməsi faktiki olaraq mümkün deyil və bu, ilk növbədə Rusiyanın öz əleyhinədir. Bəlkə də Rusiyanı növbəti məcaralara sürükləmək və onun da Sovet İttifaqının taleyini yaşamasını istəyən qüvvələr bunda maraqlı ola bilər. Bütövlükdə götürdükdə isə, belə bir addım Ukraynadan çox Rusiyaya ziyan vurar.
Sadəcə olaraq, Yanukoviç iqtidarının devrilməsi ilə xəyalları puç olan Rusiya indiki hərəkətləri ilə müəyyən qədər simasını qoruya və yeni hökumətdən müəyyən güzəştlər ala bilər. Belə ki, Rusiya Qara dəniz donanmasının Ukrayna ərazisində qalmasını təmin edən anlaşmanın qüvvədə saxlanılması, rus dilinə müəyyən statusun verilməsini məqsəd kimi qarşıya qoyması mümkündür.
Yeri gəlmişkən, Ukraynanın yeni iqtidarının rus dilinin statusu ilə bağlı keçmiş iqtidar dövründə qəbul olunmuş qanunu dərhal ləğv etməsi yanlış addımdır və hazırki şəraitə adekvat deyil. Ümumiyyətlə, Ukraynanın yeni hakimiyyətinin Saakaşvili kimi islahatçı kurs götürməsi vacib olsa da, onun kimi anti-Rusiya mövqeli olması Maydan inqilabına kölgə sala bilər. Bütövlükdə isə prosesin dinc məcrada getməsi bütün regiona ümidli gələcək vəd edir və region ölkələri liderlərinin ilk vəzifəsi məhz münaqişələrin yaran-masına yol verməməkdir.
Gürcüstanda məşhur iş adamı saxlanılıb
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Vəkilliyə qəbul imtahanı: onlar uğur qazandı - SİYAHI
Rəsmi Bakı ABŞ-a başsağlığı verdi
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir? - Kipr, Ermənistan və Yunanıstan ittifaqı isə dağılır (TƏHLİL)
II və III ixtisas qrupları üzrə imtahan keçirildi: 10 nəfər zaldan xaric olundu - Düzgün cavablar nə vaxt təqdim olunacaq?
Dövlət İmtahan Mərkəzi imtahanlar keçirib
Sabah hava necə olacaq? - Proqnoz
Aparıcı Ulvira Qarayeva departament rəhbəri təyin olunub
"HƏMKARLAR"A YIĞILAN MİLYONLAR: BU, HARA XƏRCLƏNİR? - "Məhkəməylə pulları geri istəmək lazımdır" (AÇIQLAMALAR)
"Ermənistanla saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb" - Elçin Əmirbəyov
"İstintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb" - “Qardaşım Bakir Səfərovun 62 yaşı var, o..."
"Tamstore" marketlər şəbəkəsi həftəsonu niyə işləmir? - "Göbələk kimi hər yerdən çıxıblar, amma..."
Ərdoğan "Togg"un yeni modelini sınaqdan keçirib: "Maşallah" - FOTO
“Neftçi” Fransa millisinin oyunçusunu alıb
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb