“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək

img

15-12-2021 [15:25]


Dekabrın 24-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək.

Mia.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, iclas saat 10:00-da başlayacaq.

İclasda İşçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti nəzərdən keçiriləcək, 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi aparılacaq, həmçinin cari ilin 1 dekabr tarixində keçirilmiş iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək.

İşçi qrupun iclasında iştirak etmək istəyən hər kəs, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA