Sayt rəhbərlərinin cinayət işi məhkəməyə göndərildi
13-12-2021 [14:52]
Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, "Cəmiyyət İnformasiya Agentliyi” MMC-nin təsisçisi Asəf Novruzov və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərov qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb: "Aparılan əməliyyat-istintaq tədbirləri ilə Asəf Novruzov və Məhsud Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almalarına əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq zamanı Asəf Novruzov və Məhsud Səfərova Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verilməsini tövsiyə edib".
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib
Partiya sədri: "...niyə onların sürücü və katibəsi olmalıdır?" - "Belə bir sistemə keçsək, məmurların bir çoxu acından oboy yeyər..."
Pakistanda zəlzələ - 5.2 bal gücündə
Meksikada təyyarə qəzaya düşüb - Ölənlər var, itkin düşənlər var
Avropa Məhkəməsi Gültəkin Hacıbəyliyə "yox" dedi - Ərizə rədd edilib
Abşeron xəstəxanasında arzuolunmaz hallara dair bildiriş sistemi təkmilləşdiriləcək - FOTOLAR
Babək Quliyev UEFA-dan təyinat alıb
AHİK VIII Qurultay keçirir - Nələr dəyişəcək?
Trampdan Ukrayna ilə bağlı mesaj: "Proses ehtiyatla, lakin müsbət şəkildə davam edir"
Ankarada İŞİD-ə qarşı növbəti əməliyyat: həbs olunanlar var
Yardımlıda iranlı narkotacirlər saxlanılıb
Azərbaycan nefti 63 dollara düşdü
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Baş nazirin sabiq I müavini Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyevin cinayət işi üzrə
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bu gün Masazırda işıq olmayacaq
Zakir Qaralova ağır itki üz verib
"Fənərbağça" "Konyaspor"a göz aşmağa imkan vermədi
“Gizir Xanı”ya şəhidlik statusu verilib
"Sakaryaspor" qələbəni 3 qolla qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR