BP "Şahdəniz" yatağındakı iştirak payını artıracaq

img

09-12-2021 [17:10]


BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağındakı iştirak payını artıracaq.

Mia.az şirkətə istinadən xəbər verir ki, bu, "Petronas" şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı BP-nin öz üstünlük hüququndan istifadə etmək haqqında "Şahdəniz" layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.

BP özünün əməliyyatçısı olduğu Şahdəniz yatağı üzrə PETRONAS şirkətindən 1,16% iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ PETRONAS tərəfindən öncə elan edilmiş Şahdəniz üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə bp-nin Şahdənizdəki ümumi iştirak payı 29,99% təşkil edəcək və bp yatağın operatoru olaraq qalacaq.

Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA