Media subyektlərinə hansı güzəştlər nəzərdə tutulub? - Açıqlama

img

09-12-2021 [12:01]


“Media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanı təmin edilə bilər”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, KOBİA ilə də müzakirələr davam etdirilir: “Müvafiq qurumun media sahəsinnin inkişafına kömək xarakterli təklifləri dəyərləndirilməkdədir”/Report.

Əhməd İsmayılov deyib ki, “Biz çalışacağıq ki, reklamla bağlı da vergi güzəştləri tətbiq edilsin”.

Onun sözlərinə görə, bununla bağlı təkliflər verilib: “Yaxın vaxtlarda bu təklifə müsbət rəyin verilib-verilməməsi aydın olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:47 04.08.2025

Lionel Messi zədələnib

11:00 02.08.2025

Vətənə xidmət...