“Media haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub - Nələr olacaq?

img

09-12-2021 [11:19]


“Media haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, layihənin ilkin variantı sabah - dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq: "“Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək”.

Onun sözlərinə görə, diffamasiya ilə bağlı da araşdırmalar gedir: “Bununla bağlı ciddi işlər görülür. Hazırda həmin sənəd hazırlıq mərhələsindədir. Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması ilə bağlı işlər davam etdirilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA