"Bank Standard"ın əmlakı açıq hərraca çıxarır - 29 milyona

img

08-12-2021 [12:07]


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Bank Standard" QSC-yə məxsus qeyri-yaşayış sahəsini açıq hərraca çıxarır.

Fond xəbər verir ki, daşınmaz əmlakın satışı dekabrın 22-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi. 2C ünvanında təşkil ediləcək. Bakı şəhəri, Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi, 18A ünvanında yerləşən, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsi 29 milyon manat ilkin satış qiyməti ilə alıcılara təklif olunacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı