SOCAR-ın ən böyük müəssisələrindən birinin direktoru vəzifədən çıxarıldı - Yeni təyinat

img

02-12-2021 [14:20]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-yə yeni baş direktoru təyin edilib.

Məlumata görə, bu vəzifə Rövşən İmran oğlu Həsənova həvalə edilib. O, bu vəzifədə Toğrul Cavad oğlu Seyidovu əvəzləyib.

Faktı “Report”a “SOCAR Petroleum” QSC-dən təsdiqləyiblər.

Qeyd edək ki, Rövşən Həsənov “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR